Poroşenkoya pis xəbər: Sabiq Prezidentə cinayət işi açılıb

Dünya

20.05.2020 - 10:56

Dövlətə xəyanətdə ittiham olunur

 

Ukrayna Baş Prokurorluğu ölkənin keçmiş Prezidenti Pyotr Poroşenkoya cinayət işi açıb. AYNA xarici mediaya istinadən bildirir ki, sabiq ölkə başçısı dövlətə xəyanət və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edilir.

 

Cinayət işi Ali Radanın deputatı Andrey Derkaçın sabiq Prezidentin gizli səs yazılarını Baş Prokurorluğa təqdim etməsindən sonra başlanıb.

 

İddia olunur ki, ABŞ-ın vitse-prezidenti Co Bayden, sabiq dövlət katibi Con Kerri və Poroşenko arasında Ukraynada yüksək vəzifəli məmurların vəzifədən kənarlaşdırılmasına dair danışıqlar aparılıb, razılıq əldə edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş