Pompeo Çavuşoğlu ilə görüşüb

Dünya

20.11.2019 - 23:22

Həkimlər Klinikalar SEO Xidməti

ABŞ və Türkiyənin ikitərəfli əlaqələri müzakirə edilib

 

ABŞ-ın dövlət katibi Mayk Pompeo Brüsseldə Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu ilə görüşüb.

 

Bu barədə AYNA ABŞ Dövlət Departamentinə istinadən xəbər verir.

 

Bildirilir ki, iki dövlətin xarici siyasət idarələrinin rəhbərləri müdafiə və təhlükəsizlik məsələlərini müzakirə ediblər.

 

"Dövlət katibi Pompeo və Türkiyənin xarici işlər naziri Çavuşoğlu ikitərəfli və çoxtərəfli təhlükəsizliyə, müdafiəyə dair ABŞ və Türkiyənin ikitərəfli əlaqələrini müzakirə edib", - deyə Dövlət Departamentinin xəbərində bildirilir. 

 

Daha əvvəl ABŞ-ın dövlət katibi Maykl Pompeo türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə telefon danışığının məzmununu açıqlayıb.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş