Polşada prezident seçkilərinin ikinci turu keçirilir

Dünya

12.07.2020 - 13:58

Prezident postu uğrunda hazırkı lider və Varşava meri mübarizə aparırlar

 

Bu gün Polşada prezident seçkilərinin ikinci turu keçirilir. AYNA xarici mediaya istinadən xəbər verir ki, yerli vaxtla saat 07:00-da açılan 27 mindən çox seçki məntəqəsi saat 21:00-dək işləyəcək. Səsvermə başa çatdıqdan sonra yerli KİV-lər “exit-poll”un nəticələrini dərc edə bilər.

 

Prezident postu uğrunda hazırkı lider Andjey Duda və Varşavanın meri Rafal Tşaskovski mübarizə aparırlar.

 

Qeyd edək ki, seçkilərin ilk turu iyunun 28-də keçirilib. Dövlət Seçki Komissiyasının məlumatına görə, Andjey Duda birinci turda 8,45 milyon (43,5 faiz səs), Rafal Tşaskovski isə 5,9 milyon (30,4 faiz səs) seçicinin dəstəyini qazanıb.

 

Namizədlər qeyd-şərtsiz qələbə üçün zəruri olan sadə səs çoxluğunu toplamadıqları üçün mübarizəni ikinci turda davam etdirirlər.

Müəllif: Ayna.az