Polşa XİN başçısı Macarıstanın mövqeyini tənqid edib: “Bu, divarla danışmaqdır”

Dünya

15.04.2025 - 14:11

Həkimlər Klinikalar SEO Xidməti

“Mən bir daha Macarıstanı vəsaitlərin ayrılmasına vetosunu ləğv etməyə və danışıqlar prosesini əngəlləməyə son qoymağa çağırdım”

“Macarıstan Avropa Sülh Fondundan Ukraynaya dəstək üçün vəsaitin ayrılmasına mane olmaqda və Ukraynanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlar prosesini əngəlləməkdə davam edir”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri Polşanın xarici işlər naziri Radoslav Sikorski Avropa İttifaqı (Aİ) xarici işlər nazirlərinin Lüksemburqda keçirilən görüşündən sonra jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, rəsmi Budapeşt 17-ci sanksiyalar paketini və Ukraynanın bloka üzvlüyü ilə bağlı danışıqların ilk klasterinin açılmasını əngəlləyir.

“Bir ölkə var - Macarıstan - Putinin həyata keçirdiyi hücumlara görə bizdə olan mənəvi aydınlığa malik deyil. Mən bir daha Macarıstanı vəsaitlərin ayrılmasına vetosunu ləğv etməyə və danışıqlar prosesini əngəlləməyə son qoymağa çağırdım. Amma bu, divarla danışmaq kimi bir şeydir", - polşalı nazir vurğulayıb.

Macarıstanın xarici işlər naziri Peter Siyarto aprelin 14-də bildirib ki, onun ölkəsi Aİ-nin Ukrayna ərazisində hərbi təlim missiyalarının keçirilməsinə qarşıdır. Üstəlik, Rusiyadan enerji idxalına qarşı sanksiyaları dəstəkləmirlər.

Bundan əvvəl Macarıstanın Baş naziri Viktor Orban bəyan etmişdi ki, Ukraynanın Aİ-yə daxil olması Macarıstanı məhv edəcək. Onun sözlərinə görə, ölkəsi Ukraynanın siyasi bloka daxil olmasına qarşı çıxmalıdır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş