Polis Göygöldə reyd keçirib

Xəbərlər

10.12.2020 - 14:22

Xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət edilir

 

Xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət edilir. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan AYNA-ya verilən məlumata görə, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət etmək məqsədilə Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində xidmət apararaq, sakinlər arasında profilaktiki tədbirlər həyata keçirərək, mümkün qədər evdə qalmağı, zəruri hallarda evdən çıxdıqda isə tibbi maska, dezinfeksiyaedici vasitələrdən istifadə etməyi tövsiyə edirlər.

 

Lakin əfsuslar olsun ki, görünən bu tədbirlərə baxmayaraq xüsusi karantin rejimin tələblərinə biganə yanaşan sakinlərə də rast gəlinir. Polis əməkdaşlarının apardıqları araşdırmalarla xüsusi karantin rejiminin tələblərini pozan 10 nəfər vətəndaş barəsində müvafiq qanunlara uyğun olaraq tədbir görülüb. Ümumilikdə karantin dönəmində 339 nəfər məsuliyyətə cəlb olunub ki, onlardan 1 nəfər inzibati qaydada həbs edilib, 2 nəfər barəsində isə cinayət işi başlanıb.

Müəllif: Ayna.az