PKK-nın daha 3 terrorçusu zərərsizləşdirilib

Dünya

14.02.2021 - 18:36

Bölgədə zərərsizləşdirilən PKK terrorçularının sayı 53 olub

 

Türkiyə Müdafiə Nazirliyi İraqın şimalında yerləşən Qara bölgəsində PKK terror təşkilatının daha 3 terrorçusunu zərərsizləşdirib. AYNA-nın APA-ya istinadən xəbərinə görə, bu barədə Türkiyə MN-nin Twitter səhifəsindən məlumat verilib.

 

Bildirilib ki, bununla bölgədə zərərsizləşdirilən PKK terrorçularının sayı 53 olub.

 

Qeyd edək ki,  Türkiyə Silahlı Qüvvələri (TSK) İraqın şimalında yerləşən Qara bölgəsində terrorçulara qarşı başlatdığı “Pənçə Qartal - 2” əməliyyatında bundan əvvəl 3-ü “yüksək səviyyəli səlahiyyətli”lər olmaqla 48 terrorçunu ölü, 2-si isə sağ vəziyyətdə ələ keçirib.

 

“Pənçə Qartal - 2” əməliyyatında Qara bölgəsində yerləşən terrorçuların mağarasından 6 il əvvəl qaçırılaraq girov saxlanılan 13 günahsız Türkiyə vətəndaşının cəsədi də aşkarlanıb.

Müəllif: Ayna.az