Peyvənd olunanlar tibbi maskadan istifadə etməyə bilər, amma...

Cəmiyyət

06.09.2021 - 20:23

Həkim: “Bir həftədən sonra yoluxma və ölüm sayında azalma müşahidə edəcəyik”

Pandemiya ilə əlaqədar qadağaların qüvvəyə minməsi insanları kütləvi peyvəndə təşviq edir. Bəziləri düşünürlər ki, peyvənd olunan insanların tibbi maskadan istifadəsi tələbi aradan qaldırılmalıdır. Onların fikrincə, peyvənd olunanlar tam təhlükəsizdir, onlar nə yoluxa, nə də yoluxdura bilərlər.

AYNA bu fikrə aydınlıq gətirməyə çalışıb.

Elşad Hacıyev yeni vəzifəyə təyin edildi

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bütün hallarda qapalı məkanlarda tibbi maska tələbinin olduğunu bildirib: “İstər vaksin olunanlar, istərsə də olunmayanlar – fərqi yoxdur, hər kəs mütləq qaydada tibbi maskadan istifadə etməlidir”.

Həkim-farmakoloq Müşfiq Hüseynov da vaksinin yoluxmanın qarşısını almadığını deyib: “Mən özüm vaksin olunmağıma rəğmən, virusa yoluxdum. Vaksinasiya virusu yüngül keçirməmizə kömək edə, immun sistemi möhkəmdirsə, yoluxmağımızın qarşısını ala bilər. Əgər üç nəfər otaqda oturubsa, həmin üç şəxs vaksinasiyadan keçibsə və heç biri daşıyıcı deyilsə, onlar masdan istifadə etməyə bilərlər. Təbii ki, vaksin olunmaq vacibdir. Nəticəsinin necə olmasından asılı olmayaraq, vaksinasiya birmənalı şəkildə xəstəliyin müalicəsinə yardım edir. Bu, müzakirəyə qapalı məsələdir”.

Ağdərəni azad etmə əməliyyatı 10 gün çəkmişdi...” - Müşfiq Hüseynov |  AzPolitika — onlayn siyasi-ictimai qəzet

Mütəxəssisin sözlərinə görə, əgər qapalı məkanda bütün sanitar-gigiyenik qaydalara əməl olunubsa, orada vaksin olunan üç nəfərdən başqa insan yoxdursa, həmin qapalı məkanda o üç nəfərdən başqa adam olmayıbsa və bütün bunlar barədə zəmanət varsa və həmin üç nəfər cavan deyilsə (virusun daşıyıcıları adətən cavanlardan ibarət olur), tibbi maskadan istifadə olunmaya bilər. Məsələn, bir ailənin üç üzvü qapalı məkanda maskasız otura bilər. Bu zaman heç bir problem olmaz. Əgər həmin məkana digər insanlar da daxil olub-çıxacaqlarsa, o zaman burada heç bir təhlükəsizlikdən söhbət belə gedə bilməz”.

 

Həkim tibbi maskadan istifadəyə mütləq şəkildə ehtiyac olduğunu vurğulayıb: “Hətta yoluxmuş və immunitet qazanmış xəstələrdə belə, sağaldıqdan sonra antitel 60-80 faiz arası və daha da yuxarı ola bilər. Amma bu, o demək deyil ki, insan özünü qorumamalıdır. İnsan bu halda özünü daha çox qorumalıdır. Çünki orqanizm özünün bütün daxili resurslarının hamsını xəstəliyə sərf edir. Yoluxmanın qarşısının alınmasının tək yolu maskadan istifadə və sosial məsafənin saxlanılmasıdır.

 

“Mən iki ildir maskadan istifadə edirdim. Son üç ayda maskadan ümumiyyətlə istifadə etmədim. Çünki arxayın idim ki, mən artıq yoluxmaram, amma yoluxdum. Bu isə o deməkdir ki, özünü qorumaq vacibdir. Vaksin də olunsaq, yoluxmasaq da, immun sistemimiz güclü olsa da, bütün bunları şəxsi təhlükəsizliyimiz üçün etməliyik. Bir həftədən sonra yoluxma sayında azalma müşahidə edəcəyik. Ölüm sayında da azalma olacaq. Çünki pandemik dağlanın zirvəsindəyik. Yoluxma sayında azalmanı tezliklə müşahidə edəcəyik”, - deyə Hüseynov fikrini tamamlayıb.

Müəllif: Ülviyyə Şahin