Peskov koronavirusdan sağalıb

Dünya

26.05.2020 - 00:54

"Xəstəxanadan çıxmışam və hələ ki, karantindəyəm"

 

COVID-19-la bağlı xəstəxanaya yerləşdirilən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov evə buraxılıb.

 

AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə o özü məlumat yayıb.

 

"Xəstəxanadan çıxmışam və hələ ki, karantindəyəm", - D.Peskov deyib.

 

Rusiya prezidentinin mətbuat katibi fəaliyyətini evdən davam etdirəcəyini bildirib.

 

Qeyd edək ki, D.Peskov mayın 12-də koronavirusa yoluxduğunu açıqlamışdı.

Müəllif: Ayna.az