Paytaxt və yarımada sakinləri ehtiyatlı olsunlar

Xəbərlər

03.02.2020 - 14:29

cedabet dərman SEO Xidməti

Atmosfer təzyiqinin enməsi fonunda gilavar küləyinin əsməsi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir

 

Bakıda və Abşeron yarımadasında fevralın 4-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. AYNA Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, arabir güclənən cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir  güclənəcək.

 

Havanın temperaturu Abşeron yarımadasında gecə 3-5, gündüz 10-15, Bakıda gecə 3-5, gündüz 13-15 dərəcə isti olacaq. Atmosfer təzyiqi  755 mm civə sütunundan 749 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-70 gündüz 45-50 faiz olacaq. 

 

Azərbaycanın rayonlarında

 

Fevralın 4-də havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi şimal və qərb rayonlarında yağıntılı olacağı, qar yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq

 

Tibbi-meteoroloji proqnoz

 

Fevralın 4-5-də Abşeron yarımadasında atmosfer təzyiqinin enməsi fonunda gilavar küləyinin əsməsi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş