Paşinyan Rusiya vətəndaşlarına viza tələbi ilə bağlı xəbərləri təkzib edib

Dünya

03.09.2026 - 19:51

“Biz qətiyyən belə bir şey etmək niyyətində deyilik və heç vaxt niyyətimiz olmayıb”

Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan hökumətinin Rusiya ilə viza rejimi tətbiq etmək, Rusiya vətəndaşlarına viza tətbniq etmək niyyətində olduğu barədə xəbərləri təkzib edib.

AYNA.AZ erməni mediasına istinadən bildirir ki, Paşinyan jurnalistlər üçün keçirilən brifinqdə deyib: "Belə bir məsələni kim müzakirə etdi? Biz qətiyyən belə bir şey etmək niyyətində deyilik və heç vaxt niyyətimiz olmayıb. Bu, heç vaxt ağlımıza belə gəlməyib”.

Onun sözlərinə görə, Ermənistan "rus turistlərini böyük məmnuniyyətlə və hörmətlə qarşılayır".

"Və görürük ki, onlar indi Ermənistanın turizm üstünlüklərinin arxasında duran hərəkətverici qüvvədir. Niyə biz viza rejimi tətbiq etməliyik? Ermənistan cəmiyyəti bu insanları isti qarşılayır", - deyə Paşinyan qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş