Paşinyan Qazaxın 7 kəndini qaytarmağa razıdır, amma...

Aktual

11.06.2021 - 15:04

“Bizim də Başkənd kəndimiz Azərbaycanın nəzarəti altındadır”

 

Ermənistanın Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Tavuş vilayətinə səfəri zamanı Qazaxın 7 kəndi ilə Gədəbəyin ərazisində yerləşən Başkənd kəndini dəyişməyi təklif edib. Bu barədə AYNA erməni mediasına istinadən bildirir.

 

Paşinyan qeyd edib ki, hazırda situasiya dəyişməz olaraq qalır: “Çünki bizim də Başkənd kəndimiz Azərbaycanın nəzarəti altındadır”.

 

“Bizim məntiqimiz belədir – anklav anklavla dəyişdirilməlidir və onların nəzarətində olan ərazi onlara, bizim nəzarətimizdə olan ərazi isə bizə qalmalıdır”.

Müəllif: Ayna.az