Paşinyan mühafizəçilərinin sayını artırıb - <font color=red> VİDEO</font>

Dünya

23.11.2020 - 06:33

Həkimlər Klinikalar SEO Xidməti

Baş nazir Eçmiadzin kilsəsinə xeyli sayda mühafizəçinin müşayiəti ilə gedib

 

Ermənistanın Baş naziri Nikol Paşinyan mühafizəçilərinin sayını artırıb. AYNA xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

 

Qeyd olunub ki, Paşinyan və həyat yoldaşı Anna Akopyan Müqəddəs Eçmiadzin kilsəsinə xeyli sayda mühafizəçinin müşayiəti ilə gedib. Baş nazirin mühafizəçilərinin sayını xeyli artırması mətbuatın diqqətindən yayınmayıb.

 

Bildirilib ki, Paşinyan və Akopyan kilsənin ərazisinə girən kimi mühafizəçilər onun qapılarını bağlayıblar.

 

Xatırladaq ki, Ermənistan müxalifəti bir neçə gündür ölkə hakimiyyəti əleyhinə kütləvi etiraz aksiyaları keçirir. Etirazçılar noyabrın 10-da Qarabağla bağlı Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı bəyanatı Paşinyanın xəyanəti sayırlar. Aksiyaçılar tezliklə Baş nazirin istefaya getməsini istəyirlər.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş