Paşinyan Ermənistan üçün ağır olan sənədə imza atdığını bildirib

Siyasət

10.11.2020 - 02:19

Paşinyan: "Şəxsən özüm və hamımız üçün çox çətin bir qərar verdim"

 

Ermənistanın Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağda müharibənin dayandırılması sənədinə imza atdığını bildirib.

 

AYNA xəbər verir ki, bu barədə o özünün "Facebook"dakı səhifəsində yazıb.

 

“Əziz həmvətənlər, bacılar və qardaşlar. Şəxsən özüm və hamımız üçün çox çətin bir qərar verdim.

 

Saat 01:00-dan etibarən Rusiya və Azərbaycan Prezidentləri ilə Qarabağ müharibəsinə son qoymaq üçün bir bəyanat imzaladım. Artıq yayımlanan bəyanatın mətni mənim üçün və xalqımız üçün inanılmaz dərəcədə ağrılıdır”, - deyə o qeyd edib.

Müəllif: Ayna.az