Paşinyan: “ABŞ və İranla bağlı vəziyyətdən çox narahatıq”

Dünya

20.08.2026 - 16:47

“Bu vəziyyətin mümkün qədər tez həll olunmasını istəyirik"

“Ermənistan hökuməti ABŞ və İranla bağlı vəziyyətdən çox narahatdır”. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan hökumət iclasından sonra jurnalistlərlə keçirdiyi brifinqdə ABŞ-ın iqtisadi müharibə elan etmək qərarının Ermənistan və İran arasındakı münasibətlərə təsiri ilə bağlı suala cavabında deyib.

"Təbii ki, biz ABŞ və İranla bağlı vəziyyətdən çox narahatıq və bu məsələdə həm ABŞ, həm də İranla çox sıx əməkdaşlıq edirik və bu vəziyyətin mümkün qədər tez həll olunmasını istəyirik", - deyə Paşinyan bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş