Baş nazir Venslə görüşdə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib
Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-a işgüzar səfəri çərçivəsində ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens ilə görüşüb.
AYNA xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.
Bildirilib ki, danışıqlar zamanı tərəflər Cənubi Qafqazdakı vəziyyəti, eləcə də İrəvanla Vaşinqton arasında münasibətləri müzakirə ediblər.