“Partizan” ləqəbli terrorçu məhv edilib

Dünya

30.06.2020 - 14:02

Türkiyədə axtarışda olan terrorçu zərərsizləşdirilib

 

Türkiyədə keçirilən antiterror əməliyyatları nəticəsində daha bir təhlükəli terrorçu zərərsizləşdirilib. AYNA xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, nazirlik tərəfindən axtarışda olan “Partizan” ləqəbli Adil Akyürək Hakkarinin Yüksekova bölgəsində məhv edilib.

 

A.Akyürək 2018-ci il iyulun 31-də yolda partlayıcı qurğu quraşdırmaqla polis serjantı Serkan Karakayanın həyat yoldaşı Nurcan Karakayanın və 11 aylıq oğlu Bedirhan Mustafa Karakayanın ölümündə təqsirli bilinir. S.Karakayanın ailə üzvləri onu xidməti yerində ziyarət edib geri dönərkən bomba işə salınıb. Daxili İşlər Nazirliyi terrorçunun tutulması üçün 500 min türk lirəsi mükafat vəd etmişdi. Terrorçunun məhv edildiyi yerdə ona məxsus çoxlu sayda silah-sursat ələ keçirilib.

300620201109477135359.jpg

Müəllif: Ayna.az