Müxalif “Ermənistan" və “Şərəfim var” fraksiyaları səsverməyə qatılmayıb
Ermənistan Parlamenti “2021-2026-cı illər üçün hökumətin fəaliyyət proqramı”nı qəbul edib. AYNA erməni mediasına istinadən bildirir ki, sənədə 70 deputat səs verib. Bitərəf qalan olmayıb.
Hakim “Mülki müqavilə” fraksiyasının bütün deputatları proqramı dəstəkləyib. Müxalif “Ermənistan" və “Şərəfim var” fraksiyaları səsverməyə qatılmayıb.
Qeyd edək ki, Baş nazir Nikol Paşinyanın imzası ilə daxil olan sənəddə 2021-2026-cı illər üçün Ermənistanın inkişafını nəzərdə tutan müddəalar əksini tapıb.