Park Byonq-Soq Şəhidlər xiyabanını ziyarət edib

Xəbərlər

19.08.2021 - 13:55

Həkimlər Klinikalar SEO Xidməti

Qonaqlar “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar

 

Azərbaycanda rəsmi səfərdə olan Koreya Respublikası Milli Assambleyasının sədri Park Byonq-Soqun rəhbərlik etdiyi nümayəndə heyəti avqustun 19-da Şəhidlər xiyabanına gəlib.

 

AYNA xəbər verir ki, qonaqlar ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

 

Sonra Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən Koreya Respublikası Milli Assambleyasının sədri Park Byonq-Soqun rəhbərlik etdiyi nümayəndə heyətinin üzvlərinə Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş