Pandemiyadan Rusiya milyarderləri itirdi, ABŞ milyarderləri qazandı

Dünya

01.06.2020 - 15:53

Bezos 34,6, Zukerberq isə 25 milyard dollar qazanc əldə ediblər

 

İlin əvvəlindən bu yana, rusiyalı iş adamları koronavirus pandemiyası və neftin ucuzlaşması fonunda on milyardlarla dollar gəlir itiriblər. AYNA bildirir ki, bu məlumat “Bloomberg Billionaires Index” reytinq hesablamalarında öz əksini tapıb.

 

Hesablamalara görə, rusiyalı milyarderlərin zərəri ümumilikdə 31,5 milyard dollardır. Ən çox qazanc itirən Rusiya milyarderləri arasında 28,4 milyard dollar sərvətə malik Vladimir Potan olub. İkinci yerdə Leonid Mixelson, üçüncü yerdə isə Vladimir Lisin qərarlaşıb.

 

ABŞ milyarderlərinin sərvəti isə, əksinə artıb. Belə ki, mart ayının ortalarından may ayının ortalarına qədərki müddətdə, “Amazon” internet platformasının yaradıcısı Ceff Bezos və “Facebook” sosial şəbəkəsinin yaradıcısı Mark Zukerberq ən çox varlananlar olub. Onların sərvəti müvafiq olaraq 34,6 və 25 milyard dollar artaraq 150 və 87.3 milyarda çatıb.

Müəllif: Ayna.az