Pakistanda terrorçularla mühafizə qüvvələri arasında atışma

Dünya

07.07.2021 - 01:08

İnsident nəticəsində üç əsgər həlak olub, biri yaralanıb

 

Pakistanın Xayber-Paxtunxva əyalətinin Şimali Vəziristan dairəsində terrorçuların mühafizə qüvvələrini atəşə tutması nəticəsində üç əsgər həlak olub, biri yaralanıb. Bu barədə AYNA xarici mediaya istinadən bildirir.

 

Qeyd edilir ki, əyalətin Kvetta şəhərində mühafizə qüvvələri beş terrorçunu zərərsizləşdirib. Qanlı hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Müəllif: Ayna.az