Pakistan səfiri: "İran və ABŞ bağlı qapılar arxasında danışıqlar aparır"

Dünya

14.08.2026 - 14:15

"Bu, açıq məlumat deyil, amma biz bunun üzərində işləyirik"

“İran və ABŞ qapalı qapılar arxasında danışıqlar aparır”. AYNA.AZ TASS-a istinadən bildirir ki, bu sözləri Pakistanın Rusiyadakı səfiri Feysəl Niyaz Tirmizi deyib.

Diplomatın sözlərinə görə, münaqişə tərəfləri "hazırda" qapalı qapılar arxasında məsləhətləşmələri davam etdirirlər.

Bu əlaqələrdə irəliləyiş olub-olmadığı soruşulduqda, o, müsbət cavab verib.

Lakin Tirmizi danışıqların yerini açıqlamaqdan imtina edib: "Bu, açıq məlumat deyil, amma biz bunun üzərində işləyirik", - deyə səfir vurğulayıb.

İran əvvəllər ABŞ ilə atəşkəsin uzadılması ilə bağlı məlumatları təkzib edib.

Mənbənin sözlərinə görə, İranın nöqteyi-nəzərindən atəşkəsin başlanmasını rəsmiləşdirəcək heç bir tarix yoxdur, yəni "uzadılacaq bir şey yoxdur".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş