Pakistan qüvvələri qaçırılan qatardan 155 girovu azad edib

Dünya

12.03.2025 - 14:11

Həkimlər Klinikalar SEO Xidməti

27 terrorçu məhv edilib: təxminən 450 nəfər sərnişinin azad edilməsi əməliyyatı davam etdirilir

Pakistan təhlükəsizlik qüvvələri yaraqlılar tərəfindən qaçırılan qatardan ən azı 155 sərnişini azad edib. 27 terrorçu məhv edilib. AYNA.AZ xəbər verir ki, bu barədə “Geo” telekanalı təhlükəsizlik güclərindəki mənbələrə istinadən məlumat yayıb.

Təhlükəsizlik qüvvələri yaraqlıların hücumu təxminən 450 nəfər ola biləcək qalan sərnişinlərin azad edilməsi əməliyyatını davam etdirir. Hücumda iştirak edən ekstremistlərin dəqiq sayı məlum deyil. Azad edilmiş 17 girovun xəstəxanaya yerləşdirildiyi də bildirilib. Onların xəsarətlərinin xarakteri dəqiqləşdirilməyib.

Telekanalın məlumatına görə, hücum edənlər qatarı Əfqanıstan və İranla sərhədlərə yaxın ucqar bölgəyə aparıblar. Girovların azad edilməsi üçün xüsusi əməliyyat başlayandan sonra silahlılar kiçik qruplara ayrılıb.

Telekanalın təhlükəsizlik güclərindəki mənbələri iddia edir ki, ekstremistlər peyk telefonlarından istifadə edir və Əfqanıstanda olan hücumun təşkilatçıları ilə əlaqə saxlayırlar.

Əməliyyat yaraqlıların girovlardan canlı qalxan kimi istifadə etməsi ilə mürəkkəbləşib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş