Ötən sutka 6 nəfər xilas edilib

Xəbərlər

23.12.2024 - 16:55

Həkimlər Klinikalar SEO Xidməti

23 yanğına çıxış olub

Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən AYNA-ya verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 23 yanğına çıxış, 3 halda köməksiz vəziyyətdə qalma, 2 avtonəqliyyat qəzası və 2 partlayış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 6 nəfər xilas edilib, partlayışlar zamanı 5 nəfər xəsarət alıb, 4 nəfərin meyiti təhvil verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş