Ötən sutka 31 yanğına çıxış olub: 4 nəfər xilas edilib

Xəbərlər

28.02.2025 - 11:44

Həkimlər Klinikalar SEO Xidməti

Fövqəladə Hallar Nazirliyi məlumat yayıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən ötən sutka ərzində 4 nəfər xilas edilib. AYNA.AZ xəbər verir ki, bu barədə FHN-in Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında FHN-in aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 31 yanğına çıxış və 4 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN qüvvələri tərəfindən ötən sutka ərzində 4 nəfər xilas edilib, yanğın zamanı 3 nəfər təxliyə edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş