Ötən gün törədilmiş 39 cinayətin üstü “isti izlər”lə açılıb

Xəbərlər

20.05.2021 - 12:21

Həkimlər Klinikalar SEO Xidməti

Əvvəlki dövrlərdən bağlı qalmış beş cinayətin açılması təmin olunub

 

Daxili İşlər Nazirliyi (DİN) mayın 19-da qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. DİN-in Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 39 cinayətin üstünü “isti izlər”lə açıblar.

 

Əvvəlki dövrlərdən bağlı qalmış beş cinayətin açılması təmin olunub.

 

Axtarışda olduğuna görə ümumilikdə 36 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarılan 19 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Respublikanın avtomobil yollarında bir yol-nəqliyyat hadisəsi baş verib, nəticədə bir nəfər ölüb.

 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 27, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyənləşdirilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş