Ötən gün dörd nəfər koronavirus xəstəsi ictimai yerlərdə saxlanılıb

Xəbərlər

20.10.2021 - 11:48

Bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb

Oktyabrın 19-da daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublika ərazisində dörd nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkarlanaraq saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə həmin şəxsləri yaşadıqları evə qaytarıblar. Bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Cinayət məcəlləsinin 139-1-1-ci (epidemiya əleyhinə və karantin rejmlərinin pozulması) maddəsi ilə bir nəfər barəsində cinayət işi başlanıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.

Müəllif: Ayna.az