Narkotiklərlə əlaqəli 20 fakt müəyyənləşdirilib
Daxili İşlər Nazirliyi (DİN) oktyabrın 11-də qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.
Daxili İşlər Nazirliyindən (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 31 cinayətin üstünü “isti izlər”lə açıblar. Əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 67 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 58 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 20 fakt müəyyənləşdirib. Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb.