Ötən gün 96 nəfər toy şənliklərinə buraxılmayıb

Xəbərlər

03.11.2021 - 11:23

Həkimlər Klinikalar SEO Xidməti

Monitorinqlər 54 şadlıq sarayında, 6 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib

Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri noyabrın 2-də Bakıda və respublikanın digər ərazilərində 60 toy şənliyinin monitorinqini aparıblar.

DİN-in Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, monitorinqlər 54 şadlıq sarayında, 6 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər zamanı toy şənliklərində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 7 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimələnib. COVID-19 pasportu olmadığına görə 96 nəfər toy şənliklərinə buraxılmayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş