Ötən gün 34 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Xəbərlər

02.04.2025 - 10:39

Həkimlər Klinikalar SEO Xidməti

Bu sahədə qətiyyətli mübarizə tədbirləri davam etdirilir

Aprelin 1-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 34 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbaut Xidmətindən AYNA.AZ verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 1,7 kiloqrama yaxın heroin, 29,5 kiloqrama yaxın marixuana, 2 kiloqramdan artıq metamfetamin, 755 qram tiryək, həmçinin 50 ədəd metadon həbi olub. Bu sahədə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş