Ötən gün 10 nəfər xilas edilib

Xəbərlər

17.07.2021 - 21:23

Xilas edilənlərdən 4-ü azyaşlıdır

 

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 79 halda yanğına çıxış və 7 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

 

FHN-in Mətbuat Xidmətindən AYNA-ya verilən xəbərə görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ söndürülüb, insanların həyatı xilas edilib.

 

Ümumilikdə, ötən sutka ərzində 4-ü azyaşlı olmaqla 10 nəfər, o cümlədən ayrı-ayrı ünvanlarda bağlı qapı arxasında köməksiz vəziyyətdə qalan 6 nəfər xilas edilib. Yanğın zamanı 1 nəfər xəsarət alıb.

 

Əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində tədbirlər fasiləsiz həyata keçirilir.

Müəllif: Ayna.az