Ötən ay 30 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

Xəbərlər

17.02.2026 - 13:32

Onlardan 14 mini münasib işlərlə təmin olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi yanvar ayında 30 min şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib.

Nazirlikdən AYNA.AZ-a verilən məlumata görə, onlardan 14 mini münasib işlərlə təmin olunub.

Ötən ay 950 şəxs üçün isə agentlik tərəfindən peşə hazırlığı kursları təşkil edilib, 15 min 75 şəxsə peşəyönümlü xidmətlər göstərilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş