Göstəricilər əvvəlki illə müqayisədə 6,7 faiz çoxdur
Bu ilin avqust ayının 1-nə Azərbaycanda qeydiyyatda olan kommersiya qurumlarının sayı 211.595 təşkil edib. AYNA.AZ xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətindən bildirilib.
Qeyd olunub ki, bu göstərici əvvəlki illə müqayisədə 6,7 faiz çoxdur.
Təkcə, 2026-cı ilin iyul ayında 1.257 kommersiya qurumu dövlət qeydiyyatından keçib. Onların 86,1 faizi yerli investisiyalı, 13,9 faizi isə xarici investisiyalı müəssisələrdir. Kommersiya qurumlarının 82,7 faizi elektron qaydada qeydiyyata alınıb. 2026-cı ilin yanvar – iyul aylarında qeydiyyatdan keçmiş yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 97,1 faiz təşkil edib.
2026-cı ilin avqust ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 92,2 faizi məhdud məsuliyyətli cəmiyyət formasında yaradılıb.