Ordumuzun dörd hərbçisi minaya düşüb

Hadisə

09.02.2021 - 14:36

MN: İlkin tibbi yardım göstərildikdən sonra yaralılar hospitala təxliyə ediliblər

 

Fevralın 8-də Tərtər rayonu istiqamətində mina partlaması nəticəsində Azərbaycan Ordusunun 4 hərbi qulluqçusu - Duniyev Kamil Əlibala oğlu, Əhmədzadə Həsən Alik oğlu, Orucov Elşad Lətif oğlu, Ağayev Məhərrəm Oktay oğlu xəsarət alıblar.

 

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən AYNA-ya verilən xəbərə görə, ilkin tibbi yardım göstərildikdən sonra yaralılar hospitala təxliyə ediliblər.

 

“Hazırda hərbi qulluqçular həkimlərin tam nəzarəti altındadır. Vəziyyətləri stabildir, həyatları üçün təhlükə yoxdur”, - deyə bildirilib.

Müəllif: Ayna.az