Vaksinasiya respublikanın bütün rayonlarında həyata keçirilir
Martın 6-da Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına qarşı 17495 nəfər vaksinasiya olunub. Bu barədə AYNA-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Həmin məlumata görə, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 407 979 nəfər peyvəndlənmə prosesində iştirak edib. Vaksinasiya respublikanın bütün rayonlarında uğurla davam etdirilir.