Operativ Qərargahdan COVID-19-a yoluxma barədə <font color=red> AÇIQLAMA</font>

Aktual

20.05.2021 - 16:33

Azərbaycanda daha 893 nəfər koronavirusdan sağalıb, 437 nəfər yoluxub, 14 nəfər vəfat edib

 

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 437 yeni yoluxma faktı qeydə alınıb, 893 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 331 477 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 318 502 nəfər müalicə olunaraq sağalıb, 4 828 nəfər vəfat edib, aktiv xəstə sayı 8 147 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 569, ötən müddət ərzində isə ümumilikdə 3 425 183 test aparılıb.

#

Müəllif: Ayna.az

GÜLSÜM

Dünən, 22:14 Yazarlar