“Onlayn dərslər şagirdlərin 25-30 faizini əhatə edir”

Xəbərlər

01.06.2020 - 15:36

Sabir Rüstəmxanlı: “Bir çox rayon və kəndlərdə internet zəif olduğu üçün şagirdlərin onlayn dərslərdə iştirakı mümkün olmur”

 

Koronavirus pandemiyası zamanı teledərslər məsələsi Milli Məclisin bu gün baş tutan iclasında gündəmə gətirilib. AYNA-nın xəbərinə görə, millət vəkili Sabir Rüstəmxanlı bu barədə danışıb.

 

Deputat deyib ki, pandemiya ilə əlaqədar olaraq onlayn dərslər keçirilir: “Amma bizə çatan məlumatlara görə, bu dərslər şagirdlərin 25-30 faizini əhatə edə bilir. Bir çox rayon və kəndlərdə internet zəif olduğu üçün şagirdlərin onlayn dərslərdə iştirakı mümkün olmur. Düşünürəm ki, məsələnin həlli üçün müvafiq addımlar atılmalıdır. Mən Nazirlər Kabinetindən xahiş edirəm ki, bu məsələyə diqqət ayırsın. Çünki uşaqların təhsili ən vacib məsələlərimizdən biridir”.

 

Müəllif: Ayna.az