Ombudsman Milli Məclisdə hesabat verəcək

Xəbərlər

04.03.2021 - 17:08

Məruzəni Ombudsman Səbinə Əliyeva təqdim edəcək

 

Milli Məclisdə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2020-ci il üzrə illik məruzəsi dinləniləcək.

 

AYNA-nın xəbərinə görə, hesabat Parlamentə daxil olub. Martın 10-da parlamentin İnsan hüquqları komitəsinin iclasında məruzə müzakirəyə çıxarılacaq.

 

Qeyd edək ki, məruzəni Ombudsman Səbinə Əliyeva təqdim edəcək.

Müəllif: Ayna.az