Ölkə əhalisi ilə bağlı statistika açıqlandı

Xəbərlər

12.02.2020 - 12:35

cedabet dərman SEO Xidməti

Körpələrdən 3 356-sı əkiz, 108-i üçəm, 8-i isə dördəm doğulanlardır

 

Ötən il ölkə əhalisinin sayı 8 5651 nəfər və ya 0,9 faiz artaraq 2020-ci il yanvar ayının 1-i vəziyyətinə 10 067 108 nəfərə çatıb.  

 

AYNA-ya Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. 

 

Cari ilin əvvəlinə ölkə əhalisinin 4,6 faizi Naxçıvan Muxtar Respublikasında, 22,8 faizi Bakı şəhərində, 20,3 faizi Aran, 12,9 faizi Gəncə-Qazax, 9,4 faizi Lənkəran, 30,0 faizi isə digər iqtisadi rayonlarında yaşayıb. 

 

Ölkə üzrə əhalinin bir kvadrat kilometrə düşən sayı 116 nəfər olub və bu göstərici Bakı şəhərində (1072 nəfər), Lənkəran (156 nəfər), Abşeron (155 nəfər) iqtisadi rayonlarında ölkə səviyyəsindən yüksək olub.


O da bildirilib ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2019-cu ildə 141 179 doğulan körpə qeydə alınıb. Əhalinin hər 1 000 nəfərinə bu göstərici 2018-ci illə müqayisədə 14,2-dən 14,3-ə qədər artıb. 

 

Körpələrdən 3 356-sı əkiz, 108-i üçəm, 8-i isə dördəm doğulanlardır.

 

Əhalinin hər 1000 nəfərinə doğum Dağlıq Şirvan (16,7), Kəlbəcər-Laçın (16,0), Aran (15,6), Quba-Xaçmaz (15,5), Lənkəran (15,4) və Yuxarı Qarabağ (14,6) iqtisadi rayonlarında ölkə səviyyəsindən (14,3) yüksək olub. 

 

Ötən il ölkədə 5 5916 ölüm halı qeydə alınıb və əhalinin hər 1 000 nəfərinə 2018-ci illə müqayisədə ölüm səviyyəsi 5,8-dən 5,6-ya düşüb. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş