Oğuzda toy mərasimi keçirənlər cərimələnib

Hadisə

10.04.2021 - 13:41

Polislər sanitar-gigiyena və karantin qaydalarının pozulduğunu aşkar ediblər

 

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə toy mərasimi keçirilməsinin qarşısı alınıb.

 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AYNA-ya verilən məlumata görə, rayon sakini İbrahim Məmmədovun yaşadığı Mollalı kəndindəki fərdi yaşayış evində özünə toy məclisi təşkil etdiyi müəyyən edilib.

 

Polislər tərəfindən həmin ünvana baxış keçirilən zaman sanitar-gigiyena və karantin qaydalarının pozulduğunu aşkar ediblər. Onlara qaydalar izah olunub və mərasimi təşkil edənlər barəsində qanunamüvafiq tədbir görülüb.

Müəllif: Ayna.az