Xəstənin İrandan gəldiyi və karantində vəfat etdiyi bildirilir
Pakistanda koronavirusdan ilk ölüm halı qeydə alınıb. AYNA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi açıqlama yayıb.
Məlumatda xəstənin İrandan gəldiyi və karantində vəfat etdiyi bildirilir.
Qeyd edək ki, Pakistanda bu virusa yoluxanların sayı 195 nəfərə çatıb.