Nobel mükafatı bu il təqdim olunmayacaq

Dünya

22.07.2020 - 11:42

cedabet dərman SEO Xidməti

“Bu qədər insanı bir-birinin yanında yaxın bir yerə toplaya bilməzsiniz”

 

Dekabrın 10-da Stokholmda dünyanın ən nüfuzlu elmi və ədəbi Nobel mükafatı laureatlarının şərəfinə keçirilməli olan ziyafət koronavirus pandemiyası səbəbindən baş tutmayacaq. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Nobel fondunun icraçı direktoru Lars Haykensteyn məlumat verib. O, deyib ki, iki problem var.

 

“Bu qədər insanı bir-birinin yanında yaxın bir yerə toplaya bilməzsiniz. Laureatların ümumiyyətlə İsveçə istədikləri şəkildə gələ biləcəkləri belə bəlli deyil”, -m deyə Haykensteyn söyləyib.

 

Qeyd edək ki, Nobel mükafatlarının laureatları, həmişəki kimi oktyabr ayının əvvəlində elan ediləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş