Nikah və boşanmaların sayı azalıb

Xəbərlər

17.08.2026 - 18:54

Bu ilin birinci yarısında 19224 nikaha daxilolma və 9776 boşanma halı qeydə alınıb

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin birinci yarısında 19224 nikaha daxilolma və 9776 boşanma halı qeydə alınıb. AYNA.AZ xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,9-dan 3,8-ə, boşanmaların sayı isə 2,0-dan 1,9-a düşüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş