"Lassa hərarəti"nə 1000-ə yaxın insan yoluxub, 185 nəfər vəfat edib
Nigeriyada heyvanlardan insana keçən ölümcül "Lassa hərarəti"ndən son 5 həftədə 39 adam dünyasını dəyişib.
AYNA xəbər verir ki, ölkənin Bauchi əyalətinin Səhiyyə Komissarı Aliyu Maigoro mətbuata açıqlamasında, son 5 həftə ərzində əyalətin müxtəlif şəhərlərində 342 nəfərdə "Lassa hərarəti"nin qeydə alındığını bildirib.
Yanvar ayından etibarən ölkənin 29 əyalətində "Lassa hərarəti"nə 1000-ə yaxın insan yoluxub, 185 inəfər isə vəfat edib.
Qeyd edək ki, Nigeriya ilə yanaşı Mali, Togo, Qana, Liberiya və Syerra Leone kimi bir çox Afrika ölkəsində görülən "Lassa hərarəti" ilk dəfə 1969-cu ildə Nigeriyanın şimal-şərqindəki Borno əyalətində qeydə alınıb.