Nigeriyada karantin qaydalarını pozan 18 nəfər öldürülüb

Dünya

16.04.2020 - 15:46

cedabet dərman SEO Xidməti

Qadağalara əməl etməyən 33 nəfərə işgəncə verilib, çox sayda insan xəsarət alıb

 

Nigeriyada koronavirusun yayılmasının qarşısını almaq üçün tətbiq edilən komendat saatına əməl etməyən 18 vətəndaş təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb. AYNA xəbər verir ki, bu barədə İnsan Hüquqları üzrə Milli Komissiya (NHRC) məlumat yayıb.

 

Ölənlərin 12-nin Kaduna, 2-nin Abia, 1-nin Delta, 1-nin Niger, 1-nin Ebonyi, 1-nin isə Katsina şəhərlərində öldürüldüyü vurğulanıb. Bundan əlavə, təhlükəsizlik qüvvələrinin qadağaya əməl etməyən 33 nəfərə işgəncə verdiyi, çox sayda insanı isə yaraladığı əlavə edilib.

 

Qeyd edək ki, Nigeriyada bu günə qədər 373 nəfərə koronavirus diaqnozu qoyulub. 11 nəfər isə virusun qurbanı olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş