Oğrular muzeyə partlayıcı qurğu vasitəsilə daxil olublar
Niderlandın Assen şəhərində Drents muzeyindən 2400 il yaşı olan qədim Kotofeneşti dəbilqəsi və 4 əntiq qızıl əşya oğurlanıb. AYNA xarici mediaya istinadən bildirir ki, oğrular muzeyə partlayıcı qurğu vasitəsilə daxil olublar.
Oğurlanan əşyalar arasında üç ədəd qızıl spiralvari bilərzik və Rumıniyanın Milli Tarix Muzeyi tərəfindən təqdim edilmiş nadir dəbilqə olub.
Hadisə yerinə gələn Assen polisi muzey yaxınlığında yanan avtomobil aşkar edib. Ehtimal edilir ki, avtomobil oğrular tərəfindən istifadə edilib və sonradan yandırılıb.
İstintaqa İnterpol cəlb edilib. Polis isə kamera görüntülərini araşdırır.