Netanyahunun Nyu-Yorka gedişi polis üçün kabusa çevrilə bilər

Dünya

09.08.2026 - 09:22

"Mamdani açıqlamaları ilə illik 1-ci kateqoriyalı qasırğa hesab edilə bilən hadisəni 5-ci kateqoriyalı qasırğaya çevirir"

İsrail Baş naziri Benyamin Netanyahunun sentyabr ayında BMT Baş Assambleyasının yüksək səviyyəli iclasında iştirak etmək üçün Nyu-Yorka səfəri şəhər və onun təhlükəsizliyini təmin edən polis məmurları üçün kabusa çevrilə bilər. AYNA.AZ xəbər verir ki, bu barədə “New York Post” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları Nyu-York meri Zöhran Mamdaninin Netanyahunu sərt tənqid etməsinin İsrail nümayəndə heyəti, Nyu-York sakinləri və polisin özləri üçün təhlükə yaradacaq genişmiqyaslı etirazlara səbəb ola biləcəyindən qorxurlar.

"Mamdani açıqlamaları ilə illik 1-ci kateqoriyalı qasırğa hesab edilə bilən hadisəni 5-ci kateqoriyalı qasırğaya çevirir", - deyə şəhər polisindəki mənbə nəşrə bildirib.

Netanyahunun 26 sentyabrda BMT Baş Assambleyasında çıxışı planlaşdırılır. Onun səfər cədvəli hələ dəqiqləşdirilməyib, ona görə də təhlükəsizliyini təmin etmək üçün neçə polis məmuruna ehtiyac olacağı məlum deyil. “New York Post” qəzetinin mənbələrinə görə, 60 və ya daha çox məmura ehtiyac ola bilər.

Daha əvvəl Mamdani bildirmişdi ki, Nyu-York Hüquq Departamenti Netanyahunun sentyabr ayında BMT Baş Assambleyasının yüksək səviyyəli iclasında iştirak edəcəyi təqdirdə Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) orderinə əsasən həbs edilməsi imkanını araşdırır. Buna cavab olaraq ABŞ Prezidenti Donald Tramp Netanyahunun ABŞ-a səfərləri zamanı heç kimin onu heç bir şəkildə saxlaya bilməyəcəyini vurğulayıb. Mamdani daha sonra şəhərin orderin icrası üçün öz hüquqi səlahiyyətinin olmadığını etiraf edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş