Baş nazir HƏMAS hərəkatının bir çox strateji hədəflərini vurduğunu açıqlayıb
İsrail Qəzza zolağını atəşə tutmaq və zərbələrin sayını artırmaq niyyətindədir. AYNA xəbər verir ki, bu barədə Baş nazir Binyamin Netanyahu “Twitter” hesabında yazıb.
Baş nazir İsrail Ordusunun bir sıra Qərb ölkələrində terror təşkilatı kimi tanınan Fələstinin HƏMAS hərəkatının bir çox strateji hədəflərini vurduğunu açıqlayıb. O, ölkə səlahiyyətlilərinin bundan sonrakı hərəkətlərinin vətəndaşlardan səbr və müəyyən fədakarlıq tələb etdiyini vurğulayıb.
Qeyd edək ki, İsrail ilə Fələstin arasındakı hərbi qarşıdurmanın şiddətlənməsi səbəbindən xarici jurnalistlərin Qəzza zolağına girişlərinin qadağan olunduğu bildirilib.
Mayın 10-da İsrail Ordusunun tankları HƏMAS hədəflərinə hücum edib və 9 nəfər ölüb. Rəsmi Təl-Əvivin açıqlamasına görə, hücum İsrail ərazisinə partlayıcıların və dörd raketin atılmasına cavab olaraq təşkil edilib.