itkin düşənlərin sayı 2456 nəfərdir və onların arasında 213 turist də var
Nepalda daşqın nəticəsində itkin düşənlərin sayı 2456 nəfərdir və onların arasında 213 turist də var. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Fəlakət Risklərinin Azaldılması və Nəticələrinin Aradan Qaldırılması üzrə Milli İdarədən qeyd olunub.
Məlumata görə, xilasetmə əməliyyatına 14 min 889 nəfər cəlb olunub. Yerüstü əməliyyatlar zamanı 4350-dən çox insan xilas edilib.
Ümumilikdə 626 nəfərin cəsədi tapılıb.