Neftin qiyməti qalxır

Xəbərlər

02.06.2020 - 14:17

1 bareli 39 dolları keçib

 

Dünya bazarlarında neft qiymətləri bahalaşmaqda davam edir. AYNA xəbər verir ki, London birjasında Brent markalı neftin 1 barreli 1,27 faiz dəyər qazanaraq 39,02 dollara çatıb.

 

Texas nefti WTI isə 1,04 faiz dəyər qazanaraq 35,8 dollar olub. Neft qiymətlərinin artması OPEK+ ölkələrinin hasilatı azaltmaq barədə razılaşmanı qarşıdakı 2 ayda uzatmaq istəyindən irəli gəlir.

Müəllif: Ayna.az