Azərbaycan neftnin qiyməti 76 dolları ötüb
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin may müqaviləsinin dəyəri 0,43% azalaraq 1 barelə görə 73,25 ABŞ dolları təşkil edib.
AYNA.AZ xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin aprel ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti də 0,47% azalaraq 1 barelə görə 70,02 ABŞ dollarına bərabər olub.
"Azeri Light" (CIF) markalı Azərbaycan nefti isə bahalaşıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,06 ABŞ dolları və ya 1,41% artaraq 76,24 ABŞ dollarına çatıb.